“Tehran Yaxın Şərqdə münaqişənin kəskinləşməsini istəmir”.
Yeniavaz.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian CNN telekanalına deyib.
İranlı nazir müvafiq sualı cavablandırıb: “Biz bu müharibənin böyüməsini istəmirik”.
Bundan əlavə, o qeyd edib ki, ABŞ-nin regiondakı maraqlarına qarşı hücumları sübut olmadan İranla əlaqələndirmək tamamilə səhvdir.