ABŞ Prezidenti Co Bayden bazar günü İsrailin Baş naziri Binyamin Netanyahu ilə daha bir telefon danışığı keçirməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CNN telekanalında bildirib.
“ABŞ-ın fikrincə, İsrail mülki insanları qorumaq üçün mümkün olan hər şeyi etməlidir. Bu, bizim prinsipimizdir, onlara tövsiyə etdiyimiz budur. Danışıqları ən yüksək səviyyədə davam etdiririk. Bu gün bir neçə saatdan sonra prezident yenidən baş nazirlə danışacaq və bu məsələ ilə bağlı ABŞ-ın mövqeyini bir daha açıqlayacaq”, - Sallivan deyib.