Karaqandadakı “Arselormittal Temirtau” şirkətinin Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 45-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bir şaxtaçının axtarışları aparılır.
***13:42
Karaqandadakı “Arselormittal Temirtau” şirkətinin Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 42-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Saat 15:00-a (Bakı vaxtı ilə 13:00 – red.) olan məlumata görə, 42 cəsəd tapılıb, 5 şaxtaçının axtarışları davam edir”, mətndə deyilir.
***10:31
Karaqandadakı "Arselormittal Temirtau" şirkətinin Kostenko şaxtasında baş vermiş qəza nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hazırda 36 nəfərin cəsədi tapılıb, 10 şaxtaçının axtarışları davam edir”, - məlumatda deyilir.
Xatırladaq ki, bundan əvvəl fövqəladə vəziyyət nəticəsində 35 nəfərin öldüyü bildirilirdi.