Misirdə böyük yol qəzası – 30-dan çox ölən, 60 yaralanan var


Misirin paytaxtı Qahirə ilə Qırmızı dənizdə yerləşən İsgəndəriyyə şəhərini birləşdirən magistralda çoxlu avtomobilin toqquşması nəticəsində 30-dan çox insan həlak olub.

Yeniavaz.com “Əl-Ahram” qəzetinə istinadla xəbər verir ki, bu barədə Misirin ərazisində qəza baş verən Buheyra əyalətinin təhlükəsizlik xidməti məlumat yayıb.
Xİdmət nümayəndəsi bildirib ki, qəza nəticəsində 32 nəfər ölüb, 60 nəfər yaralanıb. İlkin məlumata görə, magistralın 132-ci kilometrliyində avtomobillərdən birində yağ sızması baş verib və nəticədə böyük toqquşma baş verib. Bir neçə avtomobil yanıb.
Hadisə yerinə ən azı 20 təcili yardım maşını gəlib və yaralıların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top