İsrailin Qəzza zolağını atəşə tutması 200-dən çox məktəbə ziyan vurub, bölgədəki 600 mindən çox şagirdi müdafiəsiz vəziyyətdə qoyub.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) məlumat yayıb.
Məlumata görə, oktyabrın 7-dən bəri 200-dən çox məktəb - Qəzza zolağındakı məktəblərin ümumi sayının təxminən 40%-i, onlardan qırxa yaxını isə çox ciddi şəkildə zədələnib. Həmçinin, oktyabrın 7-dən İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar təhsil də daxil olmaqla mülki həyatın bütün sahələrinə təsir edən ciddi humanitar böhrana səbəb olub. Bu gün ərazidə 625 mindən çox şagird və 22,5 mindən çox müəllim son dərəcə müdafiəsiz bir vəziyyətdir.
Bununla əlaqədar YUNESKO münaqişənin bütün tərəflərini təhsil müəssisələrinə hücum etməməyə çağırıb, çünki şagirdlərin və müəllimlərin təhlükəsizliyi risk altındadır.
Digər tərəfdən, Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə , münaqişənin kəskinləşməsindən bəri BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 57 əməkdaşı artıq dünyasını dəyişib ki, onların əksəriyyəti müəllim və pedaqoqlar olub.
Agentliyin məlumatına görə, ötən tədris ilinin əvvəlində təxminən 300 000 şagirdi qəbul edən 183 məktəbdən əksəriyyəti hazırda əhalinin sığınacağına çevrilib.
Məlumata görə, hazırda 13,000-ə yaxın UNRWA əməkdaşı məktəblilərə, təhsil işçilərinə və böhranın təsirindən təsirlənənlərin hamısına kömək etmək üçün ön cəbhədə mühüm işlər görür.