Cenin briqadasının səhra komandiri öldürüldü


Cenin briqadasının fələstinli birləşməsinin səhra komandiri Aysar Məhəmməd əl-Əmir İordan çayının qərb sahilində İsrail Müdafiə Qüvvələrinin (İDF) əsgərləri ilə toqquşmada həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Məyadin” telekanalı məlumat yayıb.
Məlumata görə, əl-Əmir bir müddət İsrail həbsxanasında olub, lakin bu yaxınlarda azad edilib. O və daha iki fələstinli Cenində başlayan döyüşlərdə həlak olub.
Cümə günü səhər saatlarında “The Jerusalem Post” qəzeti İsrail hərbçilərinin Cenin şəhərində atışma zamanı ən azı bir yaraqlının öldürüldüyünü yazıb. Ordunun mətbuat xidməti hələlik bu şəhərə basqını rəsmi şəkildə şərh etməyib.

DİGƏR XƏBƏRLƏR

Top