“X” sosial şəbəkəsində istifadəçilər audio və video zənglər edə biləcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə platformanın sahibi, milyarder İlon Mask
məlumat yayıb.
“X” video və audio zənglərin ilkin versiyasına malikdir”, - Mask sosial şəbəkə hesabında yazıb.
Paylaşımda bildirilir ki, funksiya hazırda iOS cihazlarında mövcuddur. İstifadəçilər abunə olduqları hesabların sahiblərindən gələn zəngləri qəbul edə biləcəklər.