İran yaxın günlərdə quru qoşunlarının müxtəlif bölmələrinin iştirakı ilə hərbi təlimlər keçirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb .
Məlumata görə, “İqtidar 1402” təlimi ölkənin mərkəzi bölgəsində yerləşən İsfahan əyalətində keçiriləcək. Manevrlərdə İslam Respublikası Silahlı Qüvvələrinin artilleriya, zirehli və hava-desant bölmələri iştirak edəcək.
İranın hakimiyyət orqanları hələlik bu məlumatı şərh etməyiblər. Agentlik təlimlərdə hansı silahlardan istifadə ediləcəyi barədə məlumat verməyib.
Qeyd edək ki, avqust ayında İran Fars körfəzində “İslam İnqilabı Keşikçiləri” Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələrinin) tərkibində dəniz təlimləri keçirmişdi. “Tasnim” agentliyinin məlumatına görə, təlim bölgələrində pilotsuz gəmilər və pilotsuz uçuş aparatları ilə yanaşı, müvafiq olaraq 120 km və 300 km mənzilli “Fəth” ballistik raketləri və “Qadir” qanadlı raketlərindən istifadə edilmişdi.