Livanın “Hizbullah” və Fələstinin HƏMAS və “İslami Cihad” qruplarının liderləri İsrailin təcavüzünü dayandırmaq niyyətində olduqlarını bəyan ediblər.
Yeniavaz.com “The Times of Israel” qəzetinə istinadla xəbər verir ki,
Beyrutda “Hizbullah” lideri Həsən Nəsrullah və HƏMAS Siyasi Büro rəhbərinin müavini Saleh əl-Aruri və “İslami Cihad” lideri Ziyad ən-Nahal arasında görüş keçirilib.
“Hizbullah”ın nəzarətində olan media orqanlarında və Livanın dövlət mediasında yayılan bəyanata görə, görüşün məqsədi Qəzza və Fələstində müqavimətin əsl qələbəsinin necə əldə ediləcəyini müzakirə etmək və İsrailin Qəzzada məzlumlara qarşı təcavüzünü dayandırmaqdır.