Gəncədə nənələri tərəfindən imtina olunan uşaqların anası övladlarını geri istədiyini bildirib.
Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, 2 yaşlı və 3 aylıq körpənin anaları, İ.Cəlilova övladlarının olduğu Gəncə şəhər 2 Saylı Uşaq Xəstəxanasına gedərək onları ordan götürmək istəyib.
Lakin qadının narkotik aludəçisi olması, sosial durumu və onun övladlarının qəyyumu olan nənəsinin uşaqlara baxmaq istəməməsi səbəbləri nəzərə alınaraq uşaqlar ona verilməyib.
Qadınla bu barədə danışıqlar aparılıb və ona bildirilib ki, hər iki övladının sağlıq durumu yaxşıdır və sabah onun övladları Bakı şəhərində yerləşən Körpələr evinin birinə yerləşdiriləcək.