Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının səhiyyə sisteminin çökdüyünü elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında yerləşdirilən məlumatda bildirilib. Məlumata görə, anklavın tibb müəssisələrinə yanacaq və elektrik enerjisi, o cümlədən lazımi dərmanlar və tibbi avadanlıqlar verilmir, yataq tutumu tükənir və kadr çatışmazlığı müşahidə olunur.
Bundan əlavə, bəzi xəstəxanalar raket hücumları nəticəsində dağıdılıb və ya sıradan çıxarılıb, bir hissəsi isə evlərini itirmiş insanların müvəqqəti yaşayış məntəqələrinə çevrilib.