Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə rəsmilərinin İsrailə planlaşdırılan bütün səfərlərini, o cümlədən bu ölkəyə dövlət səfərini ləğv etdiyini açıqlayıb.
Yeniavaz.com TRT Haber-ə istinadla xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı deyib.
“Həyatımda bir dəfə Netanyahu ilə Amerikadakı Türk Evində əl sıxdım. O, bizim xoş niyyətimizdən sui-istifadə etdi. İsrailə səfər planımız var idi, onu ləğv etdik. Onlar bizim xoş niyyətimizdən sui-istifadə etdilər", - deyə Türkiyə lideri bildirib.