Zakir Həsənov 4 müdafiə nazirini təltif etdi – Fotolar


“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü” davam edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təlfif olunması barədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.
Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Top