Vaqif Xaçaturyan azərbaycanlılara qarşı cinayətlərə görə üzr istədi


Meşəli qətliamında günahlandırılan Vaqif Xaçaturyan azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu o, bu gün keçirilən məhkəmə prosesində deyib.
“Mən bizimkilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyirəm”, - deyə Vaqif Xaçaturyan bildirib.
O, 15 iyun 1991-ci ildə polis tərəfindən tutularaq, 1 ay Şuşada saxlanıldığını da qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top