İsrail hücumlarında Qəzza zolağında 20 mindən çox bina tamamilə dağılıb və ya yaşayış üçün yararsız hala düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzada hökumətin media ofisindən məlumat verilib. Məlumata görə, hücumlarda zərər görən binaların sayı 181 mini keçib, onlarla xidmət obyekti ilə yanaşı 72 dövlət müəssisəsinə ziyan dəyib.
İsrailin hücumları zamanı bir çox elektrik, su və kanalizasiya infrastrukturu zədələnməklə yanaşı, hücumlarda zərər görən 177 məktəbdən 32-si istismardan çıxıb.
İsrail ordusunun Qəzza zolağında ibadət yerlərinə hücumları nəticəsində 32 məscid dağıdılıb, 3 kilsəyə ciddi ziyan dəyib.
Hücumlar nəticəsində dağılan binaların dağıntıları altında qalan 830-u uşaq olmaqla 1500 nəfərin itkin düşməsi barədə axtarış-xilasetmə qruplarına məlumat verilib.