“Qəzzadakı döyüşlərdə humanitar fasilə olmalıdır, hazırda əsas prioritet bölgəyə yardımın çatdırılmasıdır”.
Yeniavaz.com Aİ Şurasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Aİ xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell Lüksemburqda Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.
“Qəzzada humanitar fasilə olmalıdır. Humanitar fasilə bu gün müzakirə olunacaq. Çünki bölgəyə humanitar yardım çatdırılmalı və paylanmalıdır”, - Borrell deyib.
“HƏMAS İsrailə zərbələri dayandırılmalı, girovlar azad edilməlidir - Bunlar deeskalasiya istiqamətində ilk addımlardır”, - həmçinin Borrel əlavə edib.
“İlk gün Misirdən 20 yük maşınının daxil olmasına icazə verildi, dünən daha 20 yük maşını gəldi. Amma müharibəsiz adi vaxtlarda Qəzzaya gündə 100 yük maşını gəlirdi. Ona görə də, aydındır ki, 20 yük maşını kifayət deyil”, - o qeyd edib.
Qəzzaya daha çox yardım verilməli, daha çox yanacaq təmin edilməlidir. Çünki elektrik stansiyalarının işləməsi üçün yanacaq lazımdır. Hətta onsuz xəstəxanalar belə işləyə bilməz”, - Borrel əlavə edib.