Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığında Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, İsrail və Fələstin arasındakı münaqişələr və bölgədəki humanitar böhran müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı bölgədəki münaqişəli proseslərin, xüsusən də İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və Türkiyənin buna nail olmaq üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.