Qəzzada BMT agentliyinin 17 əməkdaşı həlak oldu


Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) oktyabr ayından Fələstin-İsrail münaqişəsinin qızışmağa başlamasından bəri azı 17 əməkdaşı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNRWA-nın rəhbəri Filip Lazzarini bildirib.
“İndiyədək sektorda 17 həmkarımızın öldüyü təsdiqlənib. Təəssüf ki, real rəqəmin daha yüksək olacağı ehtimalı var”, - Lazzarini “Agence France-Presse”ə  açıqlamasında deyib.

DİGƏR XƏBƏRLƏR

Top