HƏMAS hərəkatının silahlı qanadı - İzzəddin əl-Qəssam Briqadaları İsrailin ölkənin cənubundakı Aşdod şəhərinə növbəti zərbə endirdiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qrupun rəsmi “Telegram” kanalında dərc olunmuş bəyanatda deyilib.
“İzzəddin əl-Qəssam Briqadalarının döyüşçüləri düşmənin mülki əhalini atəşə tutmasına cavab olaraq Aşdoda raket zərbəsi endirir”, - deyə bəyanatda qeyd edilib.