10-21 noyabr tarixlərində Monteneqronun Budva şəhərində şahmat üzrə keçiriləcək Avropa çempionatı üçün Azərbaycan yığma komandalarının heyətləri müəyyənləşib.
Yeniavaz.com Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli daxil olacaq. Qədir Hüseynov isə qitə çempionatına kapitan qismində yollanacaq.
Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət ediləcək. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevski olacaq.