“ABŞ Prezidenti Co Bayden İsrailə oktyabrın 18-nə planlaşdırılan səfəri zamanı Baş nazir Benyamin Netanyahuya Təl-Əvivin Fələstinin HƏMAS hərəkatı ilə müharibəsi ilə bağlı bir sıra çətin suallar verəcək”.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Kirbinin sözlərinə görə, Co Bayden İsrailin dostu və İsrail xalqı ilə tam həmrəylik ifadə edən siyasi lider kimi suallar vermək niyyətindədir.