“Bayden oktyabrın 18-də İsrailə gedəcək” – Blinken


ABŞ Prezidenti Co Bayden çərşənbə günü İsrailə gələcək və yəhudi dövləti ona təhlükəsizlik ehtiyacları barədə məlumat verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tel-Əvivdə çıxış edən dövlət katibi Entoni Blinken bildirib.
“Çərşənbə günü Prezident Co Bayden İsrailə səfər edəcək. O, buraya İsrail, region və dünya üçün kritik bir vaxtda gəlir. Prezident bu səfəri ilə ABŞ-ın İsraillə həmrəyliyini və bizim sarsılmaz olduğumuzu bir daha təsdiq edəcək”.
Dövlət katibinin sözlərinə görə, Bayden İsrailin öz xalqını HƏMAS və digər terrorçulardan qorumaq və gələcək hücumların qarşısını almaq hüququ və öhdəliyi olduğunu vurğulayacaq.
“Prezident həmçinin İsrail tərəfdən onların xalqını qorumaq üçün nəyə ehtiyacı olduğunu eşidəcək. Eyni zamanda, biz bu ehtiyacları ödəmək üçün Konqreslə işləməyə davam edirik”, - Blinken əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top