Navalnının vəkilləri həbs edildi – Vəkillər aksiya keçirmək istəyir


Oktyabrın 13-də Moskvanın Basmannı rayon məhkəməsi Rusiya müxalifətinin lideri Aleksey Navalnının üç hazırkı və keçmiş vəkilini - Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunini həbs edib.
Yeniavaz.com
Rusiya KİV-ə istinadən xəbər verir ki, onlar “ekstremist icmada” iştirakda ittiham olunublar, buna görə onları 6 ilə qədər həbs gözləyir.
Müstəntiqlərin fikrincə, vəkillər siyasətçidən onun komandasına mütəmadi olaraq məlumat ötürüblər.
Navalnının tərəfdaşları hesab edirlər ki, vəkillərin təqibi siyasətçini tamamilə təcrid etmək planının bir hissəsidir.
Həbs olunanların həmkarları qeyd edirlər ki, bu, bütün Rusiya hüquq peşəsi üçün həyəcanverici siqnaldır. Rusiyalı hüquqşünaslar həmkarlarına açıq müraciət dərc edərək onları aksiya keçirməyə və bütün növ məhkəmə proseslərinin prosessual hərəkətlərində iştirakını dayandırmağa çağırıblar.
Xatırladaq ki, Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə 9 il azadlıqdan məhrum olunub.

DİGƏR XƏBƏRLƏR

Top