Körfəz ölkələrinin xarici işlər nazirləri görüşəcək


Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar Qəzza zolağındakı vəziyyəti nəzərdən keçirmək üçün çərşənbə axşamı, oktyabrın 17-də xarici işlər orqanlarının rəhbərləri səviyyəsində fövqəladə iclas keçirəcək.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə təşkilat katibliyi məlumat yayıb.
“Körfəz Əməkdaşlıq Şurasının Baş Katibi Casim Məhəmməd əl-Budaivi elan etdi ki, sabah, 17 oktyabr 2023-cü il çərşənbə axşamı, Maskat şəhərində Qəzza zolağındakı vəziyyətlə bağlı təşkilatın Nazirlər Şurasının 43-cü növbədənkənar sessiyası keçiriləcək”, -  təşkilatın katibliyinin saytında dərc edilən bəyanatda deyilib.
Əl-Budaivi qeyd edib ki, görüş hazırda KƏŞ-ə sədrlik edən Omanın tələbi ilə təşkil olunub. Təşkilatın üzvü olan ölkələrin xarici işlər nazirləri növbədənkənar iclasda Qəzza zolağındakı vəziyyət və İsrailin hərəkətləri ilə bağlı məsləhətləşmələr aparacaqlar.
Digər tərəfdən, çərşənbə günü Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində iclasının keçirilməsi planlaşdırılır. Görüşdə əsas mövzu Fələstin-İsrail münaqişəsi ətrafında vəziyyət olacaq.

DİGƏR XƏBƏRLƏR

Top