Prezident Xocalıda və Əsgəranda bayrağımızı ucaldıb – Yenilənib+Fotolar


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Dövlət Bayrağını ucaldıb.
Yeniavaz.com
xəbər verir ki, sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirib.
Qeyd edək ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunub. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Bu soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilib.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.











***15:42
Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Dövlət Bayrağını ucaldıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top