Oktyabrın 14-nə olan məlumata görə, İsrail və HƏMAS arasındakı münaqişənin ilk səkkiz günü ərzində azı 12 jurnalist həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Hill” Jurnalistləri Müdafiə Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, münaqişənin ilk səkkiz günündə 10 fələstinli jurnalist öldürülüb. Bir israilli jurnalistin ölümü də təsdiqlənib, digəri isə itkin düşüb. Oktyabrın 13-də Beyrutdan olan bir jurnalist Livanın cənubunda 6 nəfərin yaralanmasına səbəb olan atəş nəticəsində həlak olub.
Qeyd olunub ki, daha iki jurnalist itkin düşüb, 8-i isə yaralanıb.
Məlumatda deyilir ki, İsrailin dağıdıcı hava hücumları, kommunikasiyaların və elektrik enerjisinin kəsilməsi fonunda Qəzzadakı jurnalistlər daha çox ölüm riski ilə üzləşirlər.