Əfqanıstanın qərbində Herat əyalətində baş verən zəlzələ nəticəsində azı 2 nəfər ölüb, 125 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e Subh Daily” qəzeti regiondakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, zərərçəkənlərin əksəriyyəti Heratdakı (eyni adlı vilayətin inzibati mərkəzi) xəstəxanaya aparılıb. Qəzet yazır ki, təbii fəlakətin təsiri nəticəsində xeyli maddi ziyan dəyib, onun həcmi dəqiqləşdirilir.
***11:27
Əfqanıstanın qərbində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri təxminən 272 min insanın yaşadığı Herat şəhərindən 36 km şimalda, 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.