HƏMAS-ın komandirlərindən biri öldürülüb


İsrail hərbçiləri HƏMAS təşkilatının xüsusi təyinatlı dəstəsinin komandirlərindən birini öldürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə bəyanatında deyilir.
“İsrail Müdafiə Qüvvələrinin və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına görə, İDF döyüşçüləri sərhəddə Nirim kibbutzunda terror aktına rəhbərlik edən HƏMAS-ın Nuxba xüsusi təyinatlılarının bölmələrindən birinin komandiri Bilal Əl-Kedran məhv edilib”, - məlumatda deyilir.
İDF həmçinin bildirib ki, hava hücumu nəticəsində digər HƏMAS və İslami Cihad döyüşçüləri də həlak olub.
Bundan əvvəl İDF ötən həftə sonu Qəzza zolağı yaxınlığında İsrail yaşayış məntəqələrinə hücuma rəhbərlik edən Həmas xüsusi təyinatlı qüvvələrinin komandirlərindən biri Əli Qadinin məhv edilməsi barədə məlumat vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top