“İsrail kəşfiyyatı HƏMAS-ın Qəzza zolağında hərbi əməliyyatlara hazırlığı barədə məlumat alıb, lakin səhvən bunu təlim kimi qəbul edib və həyəcan təbili çalmayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.
“HƏMAS-ın hücumundan bir neçə saat əvvəl yüksək rütbəli ordu və təhlükəsizlik xidməti rəsmiləri İsrail Silahlı Qüvvələrinin baş qərargah rəisi Herzi Halevi ilə telefon danışıqları aparıblar. Onlar HƏMAS-ın hücuma hazırlıqlarının bir təlim olduğu qənaətinə gəliblər və nəticədə, həyəcan təbili çalmadan müzakirəni səhər davam etdirməyə qərar veriblər”, - nəşr yazıb.
Qəzet onu da qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS ölkənin cənubunda hücuma başlamazdan əvvəl təhlükəsizlik orqanlarından heç bir xəbərdarlıq almayıb. Nəşr hökumət başçısının ofisinə istinadən qeyd edib ki, baş nazirə hərbi əməliyyatlar barədə məlumat verildikdən sonra o, dərhal Təl-Əvivdəki hərbi qərargaha gedib, vəziyyəti qiymətləndirmək üçün təhlükəsizlik şurasını çağırıb.