Xocavənddə minaya düşənlərin kimliyi açıqlandı – Yenilənib


Xocavənd rayonunda 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır.

Bu barədə Yeniavaz.com-a Xocavənd rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:
“Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır”.

***10:00
İşğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxsin minaya düşdüyü deyilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilir ki, onlardan biri hadisə yerində ölüb, digər isə ağır xəsarət alıb:
“Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb edilib, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür”.

DİGƏR XƏBƏRLƏR

Top