“Şuşada bir müşahidə məntəqəsini bağladıq” – Rusiya MN


“Rusiya sülhməramlıları Şuşa rayonundakı bir müşahidə məntəqəsini bağlayıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“24 saat ərzində Rusiya sülhməramlı kontingentinin Şuşa rayonundakı bir müşahidə məntəqəsi bağlanıb”, - məlumatda deyilir.
Nazirlikdən verilən məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 7 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top