BMT 330 mindən çox Qəzza sakininin evlərini tərk etdiyini bildirir


Qəzza zolağında məcburi köçkünlərin sayı 330 min nəfəri ötüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
“Qəzza zolağında kütləvi köçkünlük davam edir. Son 24 saat ərzində məcburi köçkünlərin ümumi sayı 30% artıb və hazırda 338 min 934 nəfər təşkil edir ki, onların üçdə ikisindən çoxu BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəblərinə sığınıb”, - məlumatda deyilib.
OCHA, həmçinin, Qəzzada mülki infrastrukturun dağıdılmasından narahatlığını ifadə edib və əsasən Qəzza şəhərində və anklavın şimalında elektrik, su və kommunikasiya şəbəkələrinə ciddi ziyan dəydiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top