KİV: İran Ronaldoya buna görə “şallaq” cəzası verə bilər – Video


Portuqaliyalı futbolçu, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun superulduzu Kriştianu Ronaldo İran qanunlarını pozduğuna görə cəza olaraq 100 şallaq zərbəsi ilə cəzalandırıla bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “Rouydad24” portalı məlumat dərc edib.
Qeyd olunur ki, buna səbəb hücumçunun fiziki məhdudiyyəti olan iranlı sənətçi Fatimə Hamamini qucaqladığı videonun yayılması olub.
“İranın cinayət məcəlləsinə görə, Ronaldonun bu hərəkəti subay şəxsin zina etməsi kimi şərh edilə bilər. Ronaldo İrana səfər etsə, 100 şallaq zərbəsi ilə üzləşə bilər. Hadisə ilə bağlı təhqiqatın başlanması barədə məlumat yoxdur”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top