Sülhməramlıların daha bir müşahidə məntəqəsi ləğv olundu


Rusiya sülhməramlı kontingenti Qarabağın Ağdərə rayonundakı bir müşahidə məntəqəsini bağlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində məlumat verilib.
Sənəddə qeyd edilir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında atəşkəs rejiminin pozulması halları qeydə alınmayıb.
Qeyd edək ki, bundan əvvəl də Rusiya sülhməramlılarının Şuşa, Ağdərə və Əsgəran rayonlarında bir sıra müşahidə məntəqələri bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top