Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstan prezidenti Sadır Japarova MDB dövlət başçılarının oktyabrın 13-də Bişkekdə keçiriləcək iclasında iştirak edə bilməyəcəyi barədə məlumat verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Prezident Sadır Japarov Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Ermənistanın baş naziri təəssüflə bəyan edib ki, bir sıra məsələlərə görə o, MDB dövlət başçılarının iclasında iştirak edə bilməyəcək”, - deyə məlumatda deyilir.
Qeyd edək ki, sammitin oktyabrın 13-də Bişkekdə keçirilməsi planlaşdırılır. Liderlərin sammitdə geniş gündəliyi, o cümlədən ticari-iqtisadi sahədə əməkdaşlığı müzakirə edəcəkləri gözlənilir.