Daha 88 sakin Füzuliyə qayıtdı – Fotolar


Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidməti departamentindən Yeniavaz.com-a bildirilib ki, oktyabrın 10-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Qeyd olunub ki, bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb.
“Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin edilib”, - məlumatda deyilir.





DİGƏR XƏBƏRLƏR

Top