Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə respublikanın ali mükafatı olan Kadırov ordeninin təqdim olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kadırov öz Teleqram kanalında yazıb.
"Çeçenistan Respublikasının ən yüksək mükafatı - Axmat-Xaji Kadırov adına bir nömrəli ordeni Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təqdim edilib. Ordenin verilməsi haqqında fərman hələ 2007-ci ildə imzalanıb, lakin respublikamızın bərpasında əvəzsiz xidmətləri olan və tarixinin ən çətin dövründə xalqımıza dəstək olan bir şəxsə regionun ən yüksək mükafatını vermək üçün əlverişli imkan və şərait olmayıb”, - Kadırov bildirib.
O qeyd edib ki, mükafat bütün region sakinlərinin minnətdarlığının ifadəsidir.