İsrailin Fələstinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 560-a çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada İsrailin Qəzzaya həyata keçirdiyi hücumlarda 560 nəfərin həyatını itirdiyi qeyd edilib, 2900-dan çox yaralının olduğu bildirilib.
“İsrailin Qəzza zolağında davam edən təcavüz qurbanlarının sayı 560-a yüksəlib, 2900-dən çox yaralı var”, - nazirlik öz Telegram kanalında bildirib.
Qeyd edək ki, bundan əvvəl anklavda 493 nəfərin öldüyü, 2751 nəfərin yaralandığı bildirilirdi.
*** 12.10
İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 493-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yazılı açıqlamada İsrailin Qəzzaya son 3 gündə həyata keçirdiyi hücumlarda 493 nəfərin həyatını itirdiyi, 2751 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin bundan əvvəl verdiyi açıqlamada, 436 nəfərin öldüyü, 2271 nəfərin yaralandığı bildirilirdi.