Rusiya sülhməramlıları Ağdərə və Xocavənd rayonlarında yerləşən iki müşahidə məntəqəsini bağlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində məlumat verilib.
Qeyd edək ki, bundan əvvəl oktyabrın 5-i, 6 və 7-də Rusiya sülhməramlılarının Şuşa, Ağdərə və Əsgəran rayonlarında bir sıra müşahidə məntəqələri bağlanıb.