Agentliyə direktor müavinləri təyin olundu


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Elm və Təhisl Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Mehriban Vəliyeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunublar.
Mehriban Vəliyevaya həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi həvalə olunub .
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə müvafiq əmrlər imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top