Putin ad gününü harada qeyd edəcək?


Bu gün Rusiya Prezidenti Vladimir Putin ad gününü qeyd edir. Belə ki, bu gün onun 71 yaşı tamam olur.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu, prezidentin ən yüksək dövlət postunda qeyd etdiyi 20-ci ad günü olacaq. Putinin ad günü həftə sonuna düşsə də, bu onun üçün iş günü olacaq. Belə ki, Rusiya lideri Qazaxıstan və Özbəkistanın başçıları Kasım- Jomart Tokayev və Şavkat Mirziyoyev Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqlinin başlanması ilə bağlı təntənəli mərasimdə iştirak edəcək.
Qeyd edək ki, Putin ad gününü adətən yaxınlarının əhatəsində keçirir. O, bu məsələyə lazımsız diqqətdən yayınmağa çalışır. "Bu, mənim ad günümdür, milli bayram deyil. Mənə elə gəlir ki, bu hadisəni şişirtmək doğru deyil", - deyir. Buna baxmayaraq, Putin adətən səhərdən təbrik teleqramları və zəngləri almağa başlayır. Bəzən günün yalnız birinci yarısında ondan çox beynəlxalq miqyaslı telefon danışıqlar olur ki, bu danışıqlarda təbriklərlə yanaşı, ölkələr üçün aktual məsələlərə də yer ayrılır. 

DİGƏR XƏBƏRLƏR

Top