Bu gün saat 15:30 radələrində Masallı şəhərində ikimərtəbəli “Sərfəli” Ticarət Mərkəzində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən söndürülüb.
Yeniavaz.com AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır.
***17:18
Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Yeniavaz.com xəbər verir ki, 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilir.
***15:48
Masallı şəhərində yerləşən “Köhnə bazar” adlı ticarət mərkəzində güclü yanğın başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.
Fövqəladə Hallar Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.