“Məlum hadisələrdən sonra Priqojinin ofisində beş kiloqram narkotik tapılıb” – Putin


“Yevgeni Priqojinin təyyarəsində həlak olanların cəsədlərində əl qumbaralarının qəlpələri tapılıb”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Prezident Vladimir Putin oktyabrın 5-də “Valday” Diskussiya Klubunun plenar iclasında istintaq məlumatlarına istinadən məlumat verib.
"İstintaq Komitəsinin rəhbəri ötən gün mənə məlumat verdi ki, həlak olanların cəsədlərində əl qumbaralarının qəlpələri tapılıb. Təyyarəyə heç bir kənar müdaxilə olmayıb. Bu artıq təsdiqlənmiş faktdır. Rusiya İstintaq Komitəsinin apardığı ekspertizanın nəticəsidir", - Putin deyib.
O əlavə edib ki, qəzada həlak olanların qanında alkoqol və narkotik maddələrin olub-olmaması ilə bağlı ekspertiza aparılmayıb, baxmayaraq ki, aparılmalı idi.
Putin həmçinin bildirib ki, məlum hadisələrdən sonra Priqojinin Sankt-Peterburqdakı ofisində 10 milyard rubl nağd pul və beş kiloqram narkotik tapılıb.
Qeyd edək ki, avqustun 23-də Tver vilayətində “Vaqner” PMC-nin sahiblərindən biri Yevgeni Priqojinin təyyarəsi qəzaya uğrayıb. Rəsmi məlumatlara görə, “Embraer Legacy 600” markalı təyyarə Şeremetyevodan Sankt-Peterburqun Pulkovo şəhəri istiqamətində havaya qalxıb və 26 dəqiqə sonra təyyarə radarlardan itib. Qəzada 10 nəfər həlak olub. Hadisə ilə bağlı cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top