Xarkov atəşə tutuldu – 49 nəfər həlak olub


Ukraynanın Xarkov vilayətinin Qroza kəndi atəşə tutulub.
Yeniavaz.com
xəbər verir ki, hücum nəticəsində onlarla dinc sakin həlak olub.
Ukrayna Prezidenti Volodimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak altı yaşlı uşaq da daxil olmaqla 49 nəfərin öldüyünü bildirib.
Ən azı altı nəfərin yaralandığı qeyd olunub.
Xarkov vilayətinin başçısı Oleq Sinegubovun sözlərinə görə, həmin an ziyarətçilərin çox olduğu kafe və mağaza atəşə tutulub.
Xilasedicilər dağıntıları təmizləməyə davam edir, onun altında hələ də insanlar ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top