Saakyan, Qukasyan və İşxanyanın DTX tərəfindən saxlanıldığı bildirilir – Yenilənib


Arkadi Qukasyan, Bako Saakyan və David İşxanyanın törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirildiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilir ki, bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

***18:09
Qarabağ separatçılarının keçmiş “lider”lərinin Bakıya gətirildiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azfront” teleqram kanalı məlumat yayıb.
“Qarabağın erməni separatçılarının keçmiş “prezident”ləri (1997-2007) Arkadi Qukasyan, Bako Saakyan (2007-2020) və Qarabağın millətçi “Daşnaksütyun” partiyasının lideri, “parlamentin keçmiş sədri” David İşxanyan Bakıya aparılır”, - kanal Şuşadakı mənbəyə istinadən yazıb.
Rəsmi təsdiqlənmiş məlumatlara görə, sentyabrın 27-dən keçmiş “hökumət başçısı” (“dövlət naziri”) Ruben Vardanyan, keçmiş “xarici işlər naziri” David Babayan və “müdafiə qüvvələri”nin keçmiş “komandiri” Levon Mnatsakanyan Bakıya gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top