Almaniya lazımi infrastrukturu yaratdıqdan sonra NATO-nun şərq cinahını gücləndirmək üçün gələn ilin sonuna qədər Litvaya 4 minlik hərbçidən ibarət briqada göndərmək niyyətindədir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius Estoniyanın ERR dövlət televiziya və radiostansiyasına müsahibəsində bildirib.
“Mən bunu (Almaniyanın Litvaya briqada göndərmək planını) bir neçə həftə əvvəl elan etmişdim. Əlbəttə ki, bütöv bir briqadanın xaricə göndərilməsi Almaniya Bundesveri (Almaniya Silahlı Qüvvələri) üçün misilsiz addım olardı”, - nazir xatırladıb.
“Biz briqadanın 2024-cü ilin sonuna kimi yerində olmasını gözləyirik”, - Pistorius əlavə edib.
Vilnüs isə bunun 2026-cı ilə qədər olacağını gözləyir.
Qeyd edək ki, Berlin dəfələrlə Baltikyanı ölkələrdə təhlükəsizliyin təmin edilməsində aparıcı rol oynamağa hazır olduğunu bəyan edib.