ABŞ-ın Şimali Dakota ştatının senatoru Daq Larsen, həyat yoldaşı Emi Larsen və 2 azyaşlı uşağı Yuta ştatında təyyarə qəzasında həlak olub.
Yeniavaz.com “Associated Press”ə istinadla xəbər verir ki, bu barədə Senat lideri Devid Hoq senator yoldaşlarına göndərdiyi elektron məktubla məlumat verib.
Hoq onların Skotsdeyldəki ailəni ziyarət edərək evə qayıtdıqlarını və Yutada yanacaq doldurmaq üçün dayandıqlarını bildirib.
Birmühərrikli “Piper” markalı təyyarə Yuta ştatındakı Kanyonlend aerodromundan qalxdıqdan qısa müddət sonra Moab şəhərindən 15 mil (24 kilometr) şimalda qəzaya uğrayıb.
Grand County Şerif Departamenti də öz sosial şəbəkə hesabında təyyarədə olan 4 nəfərin hamısının həlak olduğunu bildirib.
Qəzanı araşdırmaq üçün hadisə yerinə müstəntiqlərdən ibarət xüsusi heyət gəlib.