“Müharibə davam etdiyi müddətdə Böyük Britaniya öz əsgərlərini Ukraynaya göndərmək niyyətində deyil”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak “Sky News” telekanalına bildirib.
Onun sözlərinə görə, britaniyalı təlimatçıların Ukraynaya göndərilməsi planları ölkələr arasında uzunmüddətli əməkdaşlıq dövrünə aiddir.
O, Britaniyanın müdafiə naziri Qrant Şappsın britaniyalı təlimatçıların Ukraynaya göndərilməsi ilə bağlı açıqlamalarının “uzunmüddətli perspektivə” aid olduğuna aydınlıq gətirib.
"Müdafiə naziri bunun nə vaxtsa gələcəkdə olacağını nəzərdə tutur", - Sunak deyib.