29 sentyabr 2023-cü il tarixində Cənubi Kaliforniya Universitetində “Annaberg” Jurnalistika Məktəbi və Yunus Əmrə İnstitutunun birgə ev sahibliyi etdiyi Türkiyənin İctimai Diplomatiyası mövzusunda konfransda türk diplomatlar radikal erməni qruplarının hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar və məlumatlar yayılıb.
Armenian protestors reportedly assault Turkish diplomats and staff members of the Turkish Embassy during an event at USC Annenberg in California. pic.twitter.com/ahvHvztyql
— Ragıp Soylu (@ragipsoylu) September 30, 2023
Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayıb.
“Rəsmilərimiz radikal erməni qrupları tərəfindən hədəfə alınmış, sözlü və fiziki təzyiqlərə məruz qalmışlar
ABŞ Diplomatik Təhlükəsizlik Bölməsi və Los Anceles Polis Departamenti (LAPD) lazımi təhlükəsizlik tədbirləri görərək Universitet şəhərciyində baş verən hadisələrin genişlənməsinin qarşısını alıb.
Ölkəmizi və Azərbaycanı hədəfə alan radikal diaspor qruplarının, son zamanlar isə Ermənistan hökumətini və regionda sülh prosesini hədəf alan nifrət dilinin zorakılıq aktlarına çevrilməsi narahatlıq doğurur. Nümayəndə heyətimizə fiziki hücum edənlərə qarşı lazımi hüquqi prosesi başladacağıq.
Bu hadisə bir daha aydın oldu ki, tarixi hadisələrin dar və yerli siyasi motivlərlə təhrif edilməsi, ekstremist qrupların xoşuna gəlmək üçün verilən bəyanatlar radikallaşmaya, nifrət nitqinə və zorakılığa təkan verir”, - Bəyanatda deyilir.