![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/9/29/1/63d6248d-5474-4a18-8096-0877a10da9a3/xankendi-yangin-1.jpg)
Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.